FİFA Avropanın ən yaxşı futbolçusu adına layiq görüləcək namizədlərin adlarını açıqlayıb
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) keçən futbol sezonunun nəticələrinə əsaslanaraq Avropanın ən yaxşı futbolçusu adına layiq görüləcək namizədlərin adlarını açıqlayıb. Siasportun verdiyi xəbərə görə, ilkin siyahıda R. Levandovski ("Borussiya"), A.Roben, T. Miller, B. Şvaynştayger (hər üçü "Bavariya"), Q. Beyl ("Tottenhem"), E. İbrahimoviç (PSJ), R. Persi ("Mançester Yunayted"), K. Ronaldo ("Real"), L. Messi ("Barselona") və F. Riberi ("Bavariya") kimi tanınmış futbolçuların adları yer alsa da, yekun siyahıda K.Ronaldu, L.Messi və F.Riberinin adlarının saxlanıldığı bildirilir.
Messi keçən sezon İspaniya çempionatında 46 qolla bombardir olub. Ölkə çempionu və 4 – cü dəfə "qızıl top" mükafatçısı adını qazanıb.
Ronaldu 12 qolla Çempionlar Liqasının bombardiri olub. Çempionlar Liqası oyunlarında isə 34 qol vurub.
Riberi isə "Bavariya"nın tərkibində Almaniya çempionu və Almaniya kubokunun qalibi olub.
Qeyd edək ki, yekun səsvermə avqustun 29 – da Monakoda Çempionlar Liqası və Avropa Liqası oyunlarının püşkatma mərasimi zamanı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB