İstanbulun "Fənərbaxça" futbol klubu, nəhayət ki, Emmanuel Emenikeni heyətinə qatıb. Siasport.az saytı xəbər verir ki, bu barədə bir neçə saat bundan əvvəl İstanbul klubunun rəsmi saytı açıqlama yayıb. Məlumatda deyilir ki, təcrübəli futbolçunun transferi ilə bağlı artıq tərəflər arasında rəsmi razılığa gəlinib. Məlumata əsasən, "Fənərbaxça" klubu E.Emenike üçün "Spartak" klubuna 13 milyon avro ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB