Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu axşam doğma meydanda "Zalsburq"la qarşılaşacaq "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib.
Siasportun Qol.Az saytına istinadən verdiyi xəbərə görə, komandanın aparıcı futbolçularından olan Əmrə Bəlözoğlu zədə səbəbindən "Zalsburq"la matçı buraxacaq.
Əmrə ilə yanaşı, Mehmet Topal, Raul Meyreleş və Pier Vebonun da bu axşamkı görüşdə forma geyinməsi sual altındadır. Lakin baş məşqçi Ərsun Yanalın zərurət olacağı təqdirdə bu üç futbolçunu oynadacağı istisna edilmir. Əmrənin "Zalsburq"la oyunda iştirak etməyəcəyi isə artıq dəqiqləşib.
Qeyd edək ki, "Fənərbaxça" - "Zalsburq" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüş 1:1 hesabı ilə nəticələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB