“Gefle” – “Qarabağ” matçı azarkeşlərə canlı təqdim ediləcək

“Gefle” – “Qarabağ” matçı azarkeşlərə canlı təqdim ediləcək

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Gefle" (İsveç) - "Qarabağ" (Azərbaycan) arasındakı cavab oyunu canlı yayımlanacaq. Siasport Azerisport.az saytına istinadən xəbər verir ki, matçı "İdman Azərbaycan" kanalı azarkeşlərə təqdim edəcək.

Qeyd edək ki, "Qarabağ" "Gefle" arasındakı cavab matçı avqustun 8-də İsveçin Sundsvall şəhərindəki "Norrporten Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Görüşü isveçrəli Stepan Klossner idarə edəcək.

Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda "Qarabağ" 1:0 hesabı ilə qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə