“Qarabağ” İsveçə yollanır

“Qarabağ” İsveçə yollanır

Bu gün "Qarabağ" klubu İsveçə yollanır. Siasport Milli.Az saytına istinadən xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Gefle"nin qonağı olacaq komandamız bu gün saat 16:00-da birbaşa reyslə oyunun keçiriləcəyi Sundsval şəhərinə yollanacaq.

"Qarabağ" səfərə 19 futbolçu ilə yollanacaq. Sundsvalda "Scandic Nord" otelində məskunlaşacaq Ağdam klubu sabah oyunun keçiriləcəyi saatda, yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 22:00) sonuncu məşqə çıxacaq.

Qeyd edək ki, ilk oyunda "Qarabağ" 1:0 hesabıyla qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə