Son vaxtlar adı istanbulun "Beşiktaş" futbol klubuna transfer olacağı ilə bağlı sıx-sıx hallandırılan braziliyalı ulduz futbolçu Ronaldinyo, gələcək koryerası barədə danışıb. Siasport.az saytı xəbər verir ki, hazırda koryerasını Braziliyanın "Atletiko Minero" klubunda davam etdirən ulduz futbolçu, heç bir kluba transfer olmağı düşünmədiyini elan edib. O, qardaşı və meneceri olan Roberto Asisinin İstanbula niyə görə səfər etdiyi barədə jurnalistlərin sualına "Onun İstanbulda bir sıra özəl işləri var idi. Onun səfərinin mənim "Beşiktaş"a transfer olmağımla heç bir əlaqəsi yoxdur. Mən özümü Braziliyada xoşbəxt hiss edirəm"-deyərək cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB