Artur Ziko Qətər klubunda!

Braziliya milli komandasının və İstanbulun "Fənərbaxça" futbol klubunun sabiq baş məşqçisi Artur Ziko Qətərin "Əl Qaraf" klubu ilə rəsmi müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, bu barədə Qətər klubunun "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb. Məlumata görə, təcrübəli mütəxəssis iki il Qətər təmsilçisini çalışdıracaq. "Al Qaraf" braziliyalı baş məşqçinin karyerasında çalışdırdığı 9-cu klub olacaq. Belə ki, bundan əvvəl Ziko "Fənərbaxça", İraq millisi, "Kaşima Antlers", Yaponiya millisi, "Olimpiakos", CSKA (Moskva), "Flamenqo" və "Bunyodkor"da işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə