AFFA "Neftçi" və "Xəzər Lənkəran"ı cəzalandırdı

AFFA "Neftçi" və "Xəzər Lənkəran"ı cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, Azərbaycanın ali futbol qurumu, Topaz Premyer Liqasının I turunun bəzi oyunlarında baş verən hadisələrlə bağlı qərar qəbul edib. Belə ki, Topaz Premyer Liqasının I turunun "Neftçi" – AZAL matçının 13 və 36-cı dəqiqələrində "Neftçi" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub. Topaz Premyer Liqasının I turunun "Sumqayıt" – "Xəzər Lənkəran" matçının 64-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə