Ueyn Runi “Mançester Yunayted”dən getmək istəyir

Ueyn Runi “Mançester Yunayted”dən getmək istəyir

İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi Ueyn Runinin transferi ilə bağlı "Çelsi"nin təklifinə növbəti dəfə rədd cavabı verib. Siasport.az portalının İtar – Tass agentliyinə istinadən xəbərə görə, "Çelsi" Runinin transferi üçün əvvəllər təklif etdiyi məbləğə 25 milyon funt sterlinq əlavə etmək fikrində olduğunu bildirsə də, "Mançester Yunayted"in baş məşqçisi 27 yaşlı futbolçunun klubdan getməsinə razı olmadığını bildirib. Runi isə "Mançester Yunayted"də oynamaq fikrində olmadığını və portuqaliyalı Joze Mourinyonun rəhbərlik etdiyi komandada çıxış etmək arzusunda olduğunu bəyan edib.

Xatırladaq ki, bir müddət əvvəl də Runi yerli KİV - ə müsahibəsində yeni transfer olunmuş futbolçularla müqayisədə əmək haqqının həddən artıq olmasından şikayətlənərək son anda qalmaq istəmədiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə