Olimpiada - 2008 - in bürünc mükafatçısı, Ukraynanın ən ağır çəkili boksçusu V. Qlazkov Amerikanın Ankasvill şəhərində (Konnektikut ştatı) amerikalı Bayron Pollini məğlub edib. Siasportun rus mətbuatına istinadən verdiyi xəbərə görə, 8 raunddan ibarət görüşün 2-ci raundunda hakimlər texniki nakaut qeydə alaraq idmançıların görüşü davam etdirmələrinə icazə verməyib. Bu ilin fevralında Qlazkovun amerikalı Malik Skottla görüşü heç-heçə ilə nəticələnib. Qlazkovun hesabında 15 qələbə, 1 heç-heçə, Pollinin hesabında isə 25 qələbə, 16 məğlubiyyət və 1 heç - heçə var.
Qeyd edək ki, Qlazkov Beynəlxalq Boks Federasiyasının reytinq cədvəlində 11-ci yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB