Macarıstan vaterpolçuları İspaniyada keçirilən çempionatda Çernoqoriya komandasına 8:7 (2:0, 1:2, 3:3, 2:2) hesabı ilə qalib gələrək turnirin qızıl medalını qazanıblar. Siasportun İtar – Tass agentliyinə istinadən verdiyi xəbərə görə, macar Denis Veqer turnirin ən məhsuldar oyunçusu, komanda yoldaşı Viktor Nad isə ən yaxşı qapıçısı seçilib.
İspaniyanın qadınlardan ibarət yığması isə Avstriya vaterpolçuları üzərində öz qələbələrini təmin edərək turniri qızıl medalla başa çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB