Stiven Cerrardın şərəfinə yoldaşlıq görüşü keçirilib

Stiven Cerrardın şərəfinə yoldaşlıq görüşü keçirilib

Stiven Cerrardın şərəfinə "Liverpul" (İtaliya) və "Olimpiakos" (Yunanıstan) futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Siasportun İtar - Tass agentliyinə istinadən verdiyi xəbərə görə, oyun 2:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Qolları rəqib qapısından C. Allen (23 dəq) və C. Xenderson (64 dəq) keçirib. Kapitan Cerrard matçın sonuna 6 dəqiqə qalmış C. Spirinqlə əvəz edilib. S. Cerrard 1998-ci ildən "Liverpul"un şərəfini qoruyur. O, 630 oyunda iştirak edib və 159 qolun müəllifidir.

Liverpulun tarixində bu sayca ikinci hadisədir ki, oyunçunun şərəfinə xeyriyyə məqsədi daşıyan matç təşkil olunur. Belə matç ilk dəfə 1972-ci ildə Rodjer Xantanın şərəfinə təşkil olunub.

Xatırladaq ki, Xanta 1958-1969-cu illərdə Liverpulun tərkibində çıxış etmiş ən məhsuldar oyunçu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə