İtaliya mətbuatı "Napoli"nin baş məşqçisi Rafael Benitesin "Liverpul"un müdafiəçisi Martino Skritel və "Barselona"nın yarımmüdafiəçisi Xavyer Maskeranonu komandasına transfer etməkdə maraqlı olduğu barədə məlumat verir. Bu barədə Siasport İtar-tass agentliyinə istinadən xəbər verir. Hər iki oyunçu Benitesə "Liverpul"da çalışdığı dövrdən tanışdır. Maskerano 2010-cu ildən "Barselona"da çıxış edir və bu dövr ərzində 138 oyunda iştirak edib. Futbolçu ilə klub arasında bağlanmış müqavilədə onun transfer olunması üçün klubun hesabına 100 milyon avro ödənilməsi barədə məlumatlar var.
Slovakiyalı Skritel isə 2008-ci ildən "Liverpul"da çıxış edir. O, 206 matçda iştirak edib və 9 qolun müəllifidir. 28 yaşlı futbolçu ilə klub arasında 2008-ci ildə bağlanmış müqavilənin qüvvədə olma müddəti başa çatdığından 2012-ci ildə onunla yeni müqavilə imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB