Voleybol üzrə dünya Qran – Prisində oyunlar keçirilib

Voleybol üzrə dünya Qran – Prisində oyunlar keçirilib

Voleybol üzrə Braziliyanın qadınlardan ibarət yığma komandası dünya Qran – Prisinin ilk mərhələsində Polşa komandasına qalib gəlib. Siasportun İtar-tass agentliyinə istinadən verdiyi xəbərə görə, "A" qrupu qarşılaşmasında dünən Kampinasda keçirilən görüş 3:1 (21:25, 25:17, 25:15, 25:20 ) hesabı ilə braziliyalıların xeyrinə başa çatıb. Rusiya komandası amerikalılara 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu gün Braziliya komandası rusiyalılarla, polşalılar isə amerikalılarla qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə