Adem Lyayiçin “Milan”a keçidi reallaşmaq üzrədir

Adem Lyayiçin “Milan”a keçidi reallaşmaq üzrədir

Florensiyanın "Fiorentina" klubu serbiyalı hücumçu Adem Lyayiçi 12 milyon avro müqabilində "Milan"a satmaq qərarına gəlib. Bu barədə Siasport İtar-Tass agentliyinə istinadən xəbər verir. Bir müddət əvvəl "Milan" 21 yaşlı futbolçunun transferinə 8 milyon avro təklif edib.

Yerli Kütləvi İnformasiya Vasitələrində Lyayiçin "Milan"a keçidinin başqa variantla 10+2 milyon (bonus formasında) həll olunacağı barədə məlumatlar da yer alıb.

Qeyd edək ki, Lyayiç 2012-13 sezonunda "Fiorentina" klubunun əsas heyətində 28 oyun keçirib və 11 qolun müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə