Bu gün Azərbaycan Premyer Liqasında 1-ci turun növbəti oyunları keçiriləcək. Siasportun xəbərinə görə, ikinci oyun günündə 2 görüş baş tutacaq.
"Simurq" Qəbələdə "Rəvan"la üz-üzə gələcək. Son çempion "Neftçi" Bakıda AZAL-la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, turun açılış matçında "Qəbələ" səfərdə "Bakı"ya 2:1 hesabıyla qalib gəlmişdi.
Azərbaycan Premyer Liqası
1-ci tur
3 avqust
18:30. Simurq - Rəvan
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Nahid Əliyev, Elvin Əsgərov.
Qəbələ. Şəhər stadionu.
20:00. Neftçi - AZAL
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov, Ramil Diniyev.
Bakı. "Baksel Arena".
Turun digər oyunları sabah keçiriləcək: "Sumqayıt" – "Xəzər Lənkəran", "İnter" – "Qarabağ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB