Fransa Futbol Federasiyası futbolçunu cəzalandırdı

Fransa Futbol Federasiyası futbolçunu cəzalandırdı

Fransa Futbol Federasiyasının (FFF) İntizam komitəsinin qərarına əsasən "Lill" komandasının hücumçusu Nolan Ru Belçikanın Mons klubu ilə görüş zamanı oyunu idarə edən hakimə tərəf tüpürdüyünə görə cəzalandırılıb. Bu barədə Siasport.az portalı R-Sport agentliyinə istinadən xəbər verir.

Oyun 25 iyulda keçirilib və "Lill" klubu 2:1 hesabı ilə qalib gəlib. Nolan Ru Komitənin iclasında hakimə tərəf yox, qazona tüpürməsini bildirərək Komitə üzvlərini birtəhər inandıra bilib və ona görə də uzunmüddətli diskalifikasiyadan canını qurtarıb.

Beləliklə, Nolan Ru "Loryan", "Reyms" və "Sent – Etyen komandaları ilə görüşdə iştirak etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə