Sarı-qırmızılı komanda, nə olursa olsun keçmiş kapitanını yeniden transfer etmək istəyir. Siasportun türk mətbuatına istinadən verdiyi xəbərə görə, Galatasaray, iki il əvvəl 12 milyon avro qarşılığında "Atletiko Madrid"ə satdığı Arda Turanı geri istəyir.
"Hürriyət" qəzetinin yazdığına görə, "Atletiko"ya rəsmi təklif etməyə hazırlaşan "Sarı-qırmızılılar" Ardanın qarşılığında İspan klubuna 12 milyon avro + Albert Rieranı verəcək. Türk ulduzun "Galatasaray"a geri qayıtmasını ən çox istəyən isə baş məşqçi Fatih Terimdir.
Xatırladaq ki, Arda Turan "Atletiko – Madrid"də oynadığı 86 oyunda 16 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB