"Çox gözəl oyun izlədik. "Qarabağ"dan erkən qol gözləyirdik, ancaq bu, alınmadı. Bununla belə, əsas komandanın qələbə qazanması idi".
Siasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ" – "Gefle" oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
AFFA prezidenti "Qarabağ"ın növbəti mərhələyə keçəcəyinə inandığını bildirib: "Qarabağ" bu gün 5 qol da vura bilərdi, amma komandamız bir qolla kifayətləndi. Qələbə münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Artıq "Qarabağ"la digər klublarımız arasında fərq nəzərə çarpır. Ağdam təmsilçisi digər klublarla müqayisədə Avropada daha yaxşı çıxış edir. İnanıram ki, "Qarabağ" İsveçdə daha yaxşı oynayacaq və növbəti mərhələyə yüksələcək.
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda İsveçin "Gefle" klubu ilə qarşılaşan "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB