Azarkeşə maraqlı cəza verilib

İsveçin "İK Braqe" və "Deqerfors" klublarının görüşü zamanı xoşagəlməz insident baş verib. Siasportun İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, komandanın fanatı olan bir nəfər "İK Braqe"nin futbolçusunu təhqir edərək komandanın zəif çıxışlarına görə onu öldürməklə hədələyib.

Komandanın prezidenti Pyer Armund Rut futbolçunun ərizə ilə polis orqanlarına müraciət etmək hüququ olduğunu deyib: "Biz isə tərəfimizdən həmin azarkeşin 2,5 il müddətinə stadiona buraxılmaması barədə qərar qəbul etmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə