İtaliyanın "İnternasional" klubunun müdafiəçisi Matias Silvestre "Milan" komandasına icarəyə verilib. Bu barədə Siasport.az saytı İtar-Tass agentliyinə istinadən xəbər verir.
Komandanın rəsmi saytında 28 yaşlı argentinalının "Milan"a transfer olunması məsələsinin yalnız icarə müddətinin başa çatmasından sonra reallaşa biləcəyi barədə məlumat yerləşdirilib.
Qeyd edək ki, Silvestre keçən sezon İtaliya çempionatında 9 dəfə meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB