Dieqo Loksalt “Milan”a transfer olunub

Dieqo Loksalt “Milan”a transfer olunub

İtaliyanın "Milan" klubu ilə Uruqvayın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Dieqo Loksalt arasında transfer müqaviləsi imzalanıb. 20 yaşlı futbolçu Uruqvayın "Defensor sportinq" klubunun və ölkə yığmasının şərəfini qoruyub. Onun "Milan"a transferi 2,3 milyon avroya başa gəlib. Dieqo 2012-13-illər sezonunda 15 oyunda iştirak edib və bir qol vurub. Bu ilin mayında isə gənclər arasında keçirilən dünya çempionatında (Türkiyə) Uruqvay yığmasının tərkibində 7 dəfə meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə