"Neftçi"nin daha bir futbolçusu "Sumqayıt"a keçdi

"Neftçi"nin daha bir futbolçusu "Sumqayıt"a keçdi
Bakının "Neftçi" futbol klubu, daha bir futbolçusunu "Sumqayıt"a icarəyə verib. Siasport.az saytı xəbər verir ki, "ağ qaraların" gənc futbolçusu Elşən Abdullayev bundan sonra Sumqayıt təmsilçisinin uğurları üçün çalışacaq. Tərəflər artıq bir illik icarə ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Abdullayev "Neftçi"nin yeni mövsüm üçün sifariş ərizəsinə də daxil edilmişdi. Lakin görünür məşqçilər korpusu onun daha çox oyun təcrübəsi qazanması üçün başqa komandaya icarə verilməsini məqsədəuyğun sayıblar. Maraq üçün bildirək ki, "Neftçi" Elşəndən öncə digər gənc hücumçusu Ruslan Qurbanovu da "Sumqayıt"a icarəyə vermişdi. Amma o, ötən mövsüm də bu komandada çıxış edirdi. "Ağ-qaralar"ın daha bir üzvü – Julius Vobay isə "Al Şabab"da icarə əsasında oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə