"Bavariya"nın fransız futbolçusu Frank Riberi, maraqalı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu "pivəçilərin" rəsmi saytına verdiyi açıqlamada yenidən həm Bundesliqa çempionluğunu, həm də UEFA Çempionlar Liqasını qazanmaq istədiklərini elan edib: "Ötən mövsüm bütün titulları qazandıq. Komandada dəyişiklik olmasaydı, rəqiblərimiz heyətimizə və oynadığımız futbola qısa bir zamanda uyğunlaşacaqdı. Yeni sistemimiz gözlənildiyindən də güclü olacaqş Artıq oyunun gedişatından bir anda fərqli taktikalardan istifadə edirik. Ancaq bizim hədəflərimiz dəyişməyib. Yenidən bundesliqanı, Çempionlar Liqasını qazanmaq istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB