Türkiyəli atletlər cəzalandırılıb

Türkiyəli atletlər cəzalandırılıb

Beynəlxalq Yüngül Atletika Federasiyası anabolik steroidlərdən istifadəyə görə, 9 nəfər türkiyəli atletin 2 il müddətinə bütün yarışlarda iştirakına qadağa qoyub. Siasportun Cihan xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu ilin may ayında Bursada dünya universitetləri tələbələrinin iştirakı ilə keçirilən turnirdə türk atletlərdən götürülmüş qan analizlərində qəbulu qadağan edilən Stanozolol maddəsi aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə