Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları keçirilib

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları keçirilib

Dünən Çempionlar Liqası oyunlarının 3-cü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" və İsveçin "Elfsborq" komandalarının Qlazqo şəhərində baş tutmuş oyunu 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Oyunda vurulmuş yeganə qolun müəllifi Kris Kommoks olub. Cavab qarşılaşması avqustun 7-də İsveçin Bokas şəhərində keçiriləcək.

Mərhələnin digər oyununda "Red Bull Zalsburq" (Avstriya) və "Fənərbaxça" (Türkiyə) qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib. Cavab oyunu avqustun 6-da İstanbulda baş tutacaq.

Qollar: "Red Bull Zalsburq" Duqlas Aslan (68 dəq)

"Fənərbaxça" Kristian Baroni (95 dəq)

"Molde" (Norveç) – "Legia" (Polşa) – 1:1

Qollar: "Molde" Daniel Çim (29 dəq)

"Legia" Vladimir Dvalaşvili (68 dəq)

Cavab oyunu avqustun 7-də Polşada keçiriləcək.

"Ludoqorets" (Bolqarıstan) – "Partizan" 2:1

Qollar: "Ludoqorets" M. Nasimentu (54 dəq), M. Aleksanrov (67 dəq)

"Partizan" S.Markoviç (49 dəq)

Cavab oyunu avqustun 6-da Belqradda keçiriləcək.

Kipr "Apoel" – Sloveniya "Maribor" 1:1

Qollar: "Apoel" İ. Qonsales (21 dəq)

"Maribor" Markes Tavares (64 dəq)

Cavab oyunu avqustun 6-da "Maribor" stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə