Emmanuel Eboue: "Hələ də "Arsenal" azarkeşiyəm"

Emmanuel Eboue: "Hələ də "Arsenal" azarkeşiyəm"

İstanbulun "Qalatasaray" futbol klubunda çıxış edən Emmanuel Eboue, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, hələ də keçmiş komandası olan "Arsenal"ın azarkeşi olduğunu deyən E.Eboue, "Emirates Kuboku"nda "topçulara" qarşı meydana çıxacağı günü səbirsizliklə gözlədiyini elan edib. Daima "Arsenal"dakı futbolçu yoldaşları ilə sıx əlaqə saxladığını deyən ulduz futbolçu, bəzən keçmiş baş məşqçisi olan Arsen Vengerlə telefonla danışdığını da etiraf edib. O bildirib ki, "Qalatasaray"ın futbolçusu olmağına baxmayaraq, özünü hələ də əsl "Arsenal" ailəsinin bir parçası hesab edir. Bütün bunlara baxmayaraq, E.Adebayor "Arsenal" ilə qarşılaşmada "Qalatasaray"ın qələbəsi üçün bütün gücünü ortaya qoyacağını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə