İstanbulun "Fənərbaxça" futbol klubu, bu axşam UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Siasport.az saytı xəbər verir ki, İstanbul klubu, səfərdə Avstriyanın "Zalsburq" futbol klubu ilə münasibətlərə aydınlıq gətirəcək. Meydan sahibləri oyunan əvvəl keçirdikləri mətbuat konfransında "Fənərbaxça"dan çəkinmədiklərini, var gücləri ilə doğma meydan amilindən istifadə edərək qələbə qazanmağa çalışacaqlarını iddia ediblər. "Fənərbaxça"nın baş məşqçisi Ersun Yanal da səfərdən sərfəli nəticə ilə dönmək üçün meydana çıxacaqlarını elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB