Hollandiyanın "PSV" (Eynhoven) və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk turunu qələbə ilə başa vurublar. Siasportun İtar-Tass agentliyinə istinadən verdiyi xəbərə görə, "PSV" Belçikanın "Zyulte – Vareqem" komandasının 2:0, "Dinamo" isə Moldovanın "Şerif" komandasını 1:0 hesabı ilə məğlub edib.
PSV-dən qolları Memfis Depay (61) və Yurken Lokadia (75), "Dinamo"-dan isə Ante Rukovine (89) vurub.
Cavab oyunları avqustun 7-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB