"Betis"in futbolçusu "Bakı"ya keçir?

"Betis"in futbolçusu "Bakı"ya keçir?
"Betis"in sabiq müdafiəçisi Mario Alvares "Bakı"ya keçə bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə İspaniya mediyası xəbər yayıb. Xəbərdə deyilir ki, ispaniyalı futbolçu yaxın günlərdə Azərbaycana gələcək. O, birbaşa müqavilə imzalamaq üçün paytaxtımıza gəlir. Qeyd edək ki, 31 yaşlı müdafiəçi Madrid "Atletico"sunun yetirməsidi. Amma o, peşəkar karyerasına 1999-cu ildə "Amoros"da başlayıb. 2000/01 mövsümündə "Atletico"nun B komandasında 28 oyun keçirən müdafiəçi 2001-2006-cı illər aralığında "Valladolid"də forma geyib. Burda 90 oyuna 3 qol da vuran futbolçu 2003-2004 mövsümündə "Barcelona"ya icarə verilib. Lakin o, bu klubda cəmi 1 matça çıxıb. 2006-2007 mövsümündə Alvarez "Recreativo"nun uğurları üçün çalışıb (24 oyun, 1 qol). 2007-2011-ci illər aralığında "Getafe"də 59 oyuna çıxan futbolçu 2011-ci ildən "Betis"də idi. O, son klubunda 32 oyuna çıxıb və 1 dəfə fərqlənib. Alvarez vaxtilə İspaniyanın U-16, U-17, U-18 və U-21 yığmalarında da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə