"Neftçi" üzərindəki qələbədən sonra emosiyalar artıq keçib. Biz artıq növbəti mərhələdəki rəqib haqda düşünürük". Siasport.az saytı xəbər verir ki, bu barədə "Neftçi"nin qənimi olan Albaniyanın "Skenderbeu" klubunun futbolçusu Nuredin Orelesi, Albaniya mediyasına açıqlamasında bildirib. Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə evdə keçirdikləri cavab oyununun 116-cı dəqiqəsində qələbə topunun müəllifi olan yarımmüdafiəçi indi Qazaxıstanın "Şaxtyor" klubu ilə bugünkü matç haqda düşünür. Legioner digər postsovet məkanı təmsilçisinin qapısına da yol tapmaq fikrindədir: "Biz "Neftçi" ilə oyunun səhəri həmin qələbəni ağlımızdan çıxarıb, yalnız "Şaxtyor"la matça konsentrasiya olduq. Əlbəttə, "Neftçi" kimi bu komandaya da qol vursam, çox sevinərəm. Azərbaycan klubuna qapısına vurduğum top mənim üçün mənim önəmli oldu. İndi Qazaxıstan çempionuna qol vurmağı hədəfə almışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB