İtaliya çempionatı oyunlarının təqvimi açıqlandı

İtaliya çempionatı oyunlarının təqvimi açıqlandı

Dünən Milanda İtaliya futbol çempionatı oyunlarının təqvimi təsdiq olunub. Siasportun R-Sport agentliyinə istinadən verdiyi xəbərə görə, çempionatın birinci turu 24-25 avqustda, son turu isə may ayının 18-də keçiriləcək.

Birinci turun ilk oyunu ölkə çempionu "Yuventus" və "Sampdoriya" klubları arasında baş tutacaq.

Birinci turun digər oyunları:

"Kerona"-"Milan", "Kalyari"-"Atlanda", "İnter"-"Cenoa", "Fiorentina"-"Kataniya", "Latsio"-"Udineze", "Livorno"-"Roma" "Napoli"-"Boloniya", "Parma"-"Kiyevo", "Torino"-"Sassuolo".

Bütün xəbərlər Facebook səhifəmizdə