Qətərin "Əl-Caiş" klubunun və Ekvador millisinin oyunçusu Kristian Benites dünyasını dəyişib. Siasportun İtar-tass agentliyinə istinadən verdiyi xəbərə görə, futbolçunun qardaşı Xarli Betankur da ölüm faktını təsdiq edib. Hücumçu 2005-ci ildən Ekvador yığmasının, 2009-2010-cu illərdə isə İngiltərənin "Birmingem" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, Perunun "Sportinq kristal" klubunun 18 yaşlı futbolçusu Yavur Klavixo da bir həftə bundan əvvəl matç zamanı stadoionda ürək tutmasından ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB