İspaniya yığması Mundialito turnirinin qalibi oldu

İspaniya yığması Mundialito turnirinin qalibi oldu

Çimərlik futbolu üzrə İspaniya yığması Vila-Nova-di-Qaya şəhərində (Portuqaliya) keçirilən Mundialito turnirində Portuqaliya yığması üzərində 3:2 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub. Bu barədə Siasport R-Sport agentliyinə istinadən xəbər verir. İtaliya yığması isə yaponları 3:2 hesabı ilə məğlub edərək yarışmanı 3-cü yerdə başa vurub.

Qeyd edək ki, Mundialito turniri 1994-cü ildən etibarən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə