Almaniyanın futbol üzrə qadın yığması Avropa çempionu oldu

Almaniyanın futbol üzrə qadın yığması Avropa çempionu oldu

Almaniyanın qadınlardan ibarət yığma komandası İsveçrədə keçirilən turniri qələbə ilə başa vuraraq 6-cı dəfə dalbadal (ümumilikdə 8-ci dəfə) Avropa çempionu titulunu qazanıb. Siasportun xəbərinə görə, dünən Solno şəhərində keçirilən final matçında Norveç komandası ilə qarşılaşan almanlar minimum hesabla (1:0) qalib gəlib. Norveçlilərin qapısından yeganə qolu matçın ikinci hissəsində meydana çıxan (Lene Lotseni əvəz edib) Anya Mitaq keçirib. Qayda pozuntusuna görə, almanların qapısına 2 dəfə təyin olunmuş 11 metrlik cərimə zərbəsini qapıçı qapıdan uzaqlaşdıra bilib və bununla da 4-cü dəfə Avropa çempionatının qızıl medalına layiq görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə