Həmid Altıntop iddialı danışdı

Həmid Altıntop iddialı danışdı

Türkiyənin Galatasaray klubunun futbolçusu Həmid Altıntop gələcək mövsüm üçün iddialı danışıb. Siasportun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, təcrübəli yarım müdafiəçi özünü Cimbomda yaxşı hiss etdiyini və yeni mövsümdə klubun böyük uğurlar qazanacağına inandığını qeyd edib. O, keçən mövsümə də Türkiyə super kubokunu qazanaraq başladıqlarını xatırladaraq, bu il də eyni uğuru təkrarlayacaqlarını söyləyib.

Xatırladaq ki, Həmid Altıntop türk klubuna Real Madrid klubundan transfer olunub.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə