Emenike Fənərbaxçada oynaya bilər

Emenike Fənərbaxçada oynaya bilər

Fənərbaxça klubunun baş məşqçisi Ersun Yanal Spartak Moskva klubunda oynayan Emanuel Emenikeni transfer etmək istəyir. Siasportun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, rus klubu nigeriyalı oyunçuya 15 milyon avro qiymət qoyub.

Xatırladaq ki, Emenike daha əvvəl də Fənərbaxçaya transfer olunub, ancaq heç bir rəsmi oyunda forma geyinmədən satılıb.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə