Fransanın Kamrai şəhərində qadın otüstü hokkeyçilər arasında keçirilən Avropa çempionatında dünən qrup mərhələsinin son oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, "A" qrupuna daxil olan milli komandamız son turda Litva yığmasını 5 cavabsız qolla məğlub edərək I yeri tutub və yarımfinala vəsiqə qazanıb. Qızlarımızın mübarizə apardığı qrupdan 2-ci yarımfinalçı hüququnu Ukrayna millisi ilə heç-heçə (0:0) oynayan meydan sahibləri fransalılar qazanıblar. Beləliklə, qrup mərhələsini 7 xalla başa vuran Azərbaycan hokkeyçiləri qalib adını özlərinə təmin ediblər. Fransa yığması 4 xalla 2-ci olub. Ukrayna millisi 3 xalla III, litvalılar isə 1 xalla IV yeri tutublar. "B" qrupunda keçirilən hər 2 oyunda 2:1 hesabı qeydə alınıb. Rusiya hokkeyçiləri Polşa, İtaliya millisi isə avstriyalıları həmin hesabla məğlubiyyətə uğradıb. Italiya millisi keçirdiyi oyunlarda maksimum nəticə göstərərək 9 xalla I yerə layiq görülüb. Hərəyə 3 xal yığan Polşa, Rusiya və Avstriya komandaları II-IV yerləri bölüdürsələr də daha yaxşı top fərqinə görə polşalılar qrup ikincisi olublar. Bu isə onlara yarımfinalda "A" qrupunun qalibi Azərbaycan hokkeyçilərinə qarşı oynamaq imkanı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB