"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşakın dünən İsrail "Makkabi"si ilə baş tutan cavab oyunundan (0:8) sonra istefa verməsi gözlənilirdi. Lakin bu, baş vermədi. Siasportun verdiyi xəbərə görə, klub rəhbərliyi biabırçı məğlubiyyətdən dərhal sonra uelsli mütəxəssisdən hesabat tələb edib və bu məğlubiyyətin əsas səbəbkarının futbolçular olmasına qərar verilib.
Nəticədə, Toşak postunda qalıb və fəaliyyətini davam etdirəcək. O, artıq bu gün komandasını məşqə də çıxarıb. Futbolçular bu gündən etibarən Topaz Preymer Liqasının yeni mövsümünə hazırlaşmağa başlayıblar.
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB