Trabzonspor Eşli Koulu heyətinə qatmaq istəyir

Trabzonspor Eşli Koulu heyətinə qatmaq istəyir

Trabzonspor klubu Çelsinin futboçusu ilə heyətini gücləndirməyi düşünür. Bu barədə Siasport Türkiyə mətbuatına istinadən xəbər verir. Belə ki, daha əvvəl Floran Maludanı heyətinə qatan Türkiyə klubu indi də Çelsi ilə yollarını ayırmaq üzrə olan Eşli Koulu transfer etmək istəyir. Xatırladaq ki, bir müddət əvvəl "Çelsi" rəhbərliyi tərəfindən ulduz oyunçuya yeni birillik sözləşmə təklif edilsə də, futbolçu müqaviləsinin müddətini uzatmağa razılıq verməyib. O, "Çelsi"də 2006-cı ildən çıxış edir və"zadəganlar"ın heyətində ümumilikdə 305 oyunda 7 qola imza atıb.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə