"İnter" qələbə qazandı, mübarizəni dayandırdı

"İnter" qələbə qazandı, mübarizəni dayandırdı

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Turnirdə Bakının "İnter" komandası da dogma azarkeşlər önündə revanş matçına çıxıb. Gürcü məşqçi Kaxaber Sxadadzenin baş məşqçiliyi altında növbəti oyununa çıxan komandamız Norveçin "Tromse" klubunu qəbul edib. İlk oyunda rəqibinə 0:2 hesabı ilə məğlub olan təmsilçimiz bugünkü oyunda buraxılan məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı.

Lakin "bankirlər"in bir qoldan artığına gücü çatmayıb - 1:0. Bununla da, "İnter" Avroliqada mübarizəni dayandırıb.

"İnter" (Azərbaycan) – "Tromse" (Norveç) - 1:0

Qol: Baçana Sxadadze, 77 (1:0)

İlk oyun (0:2)

"İnter": 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 20. Brüs Abdulaye, 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 21. Arif Daşdəmirov, 21. Flavio Bek, 9. Aleksandr İaşvili, 70. Vaqif Cavadov (k).

Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 4. İvan Benites, 33. Matiya Şpiçiç, 10. Daniel Genov, 6. Samir Zərgərov, 28. Baçana Sxadadze.

"Tromse": 1. Markus Salman, 3. Yaroslav Foyut, 6. Adnan Kauseviç, 7. Miika Koppinen (k), 8. Tomas Bendiksen, 15. Maqnus Andersen, 17. Remi Yohansen, 18. Yoş Pritkard, 22. Saliou Çiss, 4. Ruben Kristiansen, 13. Zdenek Ondraşek.

Ehtiyat oyunçular: 27. Benni Lekstöm, 14. Hans Norbye, 10. Tomas Draq, 16. Lars Yonsen, 5. Morten Moldskred, 20. Matias Yonsen, 28. Aleksandr Priyoviç.

Bütün xəbərlər Facebook səhifəmizdə