"Qəbələ" macar klubuna qalib gəldi

"Qəbələ" macar klubuna qalib gəldi

Avstriyada hazırlığını davam etdirən "Qəbələ" dünən bu ölkədə ikinci yoxlama oyununa çıxıb. Siasport.az saytı xəbər verir ki, Qəbələ təmsilçisi Macarıstanın "Zalaeqerseq" klubu ilə münasibətlərinə aydınlıq gətirib. Belə ki, təmsilçimiz macarlara 3 cavabsız qol vuraraq qələbə qazanıblar. Xatırladaq ki, 1920-ci ildə yaradılan bu klub Macarıstanın qərbində yerləşən Zalaeqerseq şəhərini təmsil edir. 2002-ci ildə yeganə ölkə çempionluğu ilə öyünən "ağ-bənövşəyilər" həmin il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Mançester Yunayted"i evdə 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. Macarıstanın 1-ci dəstəsinin "Qərb" zonasında çıxış edən "Zalaeqerseq"ə hazırda 39 yaşlı Şandor Preyzinger baş məşqçilik edir. Xorvatiya, Monteneqro, Sloveniya, Slovakiya və Braziliyadan legionerlər bu komandada forma geyir.

Bütün xəbərlər Facebook səhifəmizdə