Ronaldinyodan daha bir ilk!

Braziliyalı futbol əfsanəsi Ronaldinyo daha bir ilkə imza atıb. Siasport.az saytı xəbər verir ki, onun komandası Cənubi Amerikanın "Libertadores kuboku"nun qalibi olub.Turnirin finalında Ronaldinyonun forma geydiyi Braziliyanın "Atletiko Mineiro" klubu ilə Paraqvayın" "Olimpia"sı üzə-üzə gəlib. Görüşün əsas 2:0 hesabı ilə "Atletiko"nun xeyrinə başa çatıb. İlk oyunda "Olimpia" bu hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. Əlavə vaxtda da hesab açılmadığından matçın qalibi penaltilər seriyasından müəyyənləşib. Burada "Atletiko Mineiro" zərbələri daha dəqiq yerinə yetirərək 4:3 hesablı qələbə qazanıb. Bununla da Ronaldinyo futbolçu karyerası ərzində ilk dəfə "Libertadores kuboku"nu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə