Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Lyon şəhərində səfərdədir. Siasport.az saytı Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində İ.Rəhimov Xorvatiyanın Paralimpiya Komitəsinin prezidenti Ratko Kovaciclə görüşüb. Görüş zamanı hər iki ölkənin komitə rəhbəri ölkələrində həyata keçirilən paralimpiya hərəkatı haqqında ətraflı məlumat veriblər. R.Kovacic bildirib ki, Xorvatiyada Paralimpiya Komitəsi tərəfindən böyük bir layihənin həyata keçirilməsinə başlanılıb. Həmin layihəyə əsasən müasir tipli Paralimpiya İdman Kompleksinin tikintisi nəzərdə tutulur ki, burada da mötəbər beynəlxalq yarışların keçirilməsi planlaşdırılır. O, Azərbaycan Milli Paralimpiya Komitəsinin də bu layihədə iştirak etməsini arzulayıb. Hər iki prezident qarşılıqlı əməkdaşlıq üçün istiqamətləri müzakirə edərək yaxın gələcəkdə yenidən görüşməyi qərara alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB