Şahmatçılarımız beynəlxalq turnirdə uğurla çıxış edirlər

Şahmatçılarımız beynəlxalq turnirdə uğurla çıxış edirlər

Çexiyanın Patrubiçe şəhərində şahmat üzrə beynəlxalq turnir keçirilir. Siasport.az saytı xəbər verir ki, turnirdə ölkəmizi üç zəka sahibi - Azər Mirzəyev, Bəhruz Rzayev və Zaur Məmmədov təmsil edir. Yarışın altıncı turunda A.Mirzəyev Kristof Soçaki ilə (Fransa), Z.Məmmədov Vladimir Vetoşko ilə (Ukrayna), B.Rzayev isə Peku Koyka (Almaniya) ilə qarşılaşıblar. Hər üç oyun təmsilçilərimizin xeyrinə başa çatıb. Xatırladaq ki, İsveçrə sistemi üzrə keçirilən turnirdə 236 şahmatçı qələbə uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə