Orges Şehi: "Biz yüksək səviyyədə oynadıq və xarakter nümayiş etdirdik"
"Üçüncü mərhələyə yüksəldiyimiz üçün çox xoşbəxtəm. Bu, hazırlıq mərhələsi zamanı etdiyimiz məşqlərin nəticəsi olaraq bizim üçün kifayət qədər böyük mükafatdır. Məncə, bu, "Skenderbeu"nun həqiqi gücüdür". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Skenderbeu" klubunun qapıçısı Orges Şehi "Neftçi" ilə oyundan sonra (1:0) deyib. 35 yaşlı qapıçı "Neftçi" ilə oyunun çətin keçdiyini bildirib: "Bu mübarizədən qalib ayrılmağımız tək "Skenderbeu" üçün yox, bütün albanlar üçün yaxşı haldır. Biz yüksək səviyyədə oynadıq və xarakter nümayiş etdirdik. Çətin olsa da, mərhələ adlamağı bacardıq. "Neftçi"nin qırmızı vərəqə almağı işimizi daha da asanlaşdırdı. Növbəti rəqib haqda düşünməzdən əvvəl bizə dincəlmək lazımdır". Qeyd edək ki, "Skenderbeu" Çempionlar Liqasının III təsnifat mərhələsində Qazaxıstanın "Şaxtyor" klubu ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB