Çingiz Hüseynzadə yeni vəzifə aldı

Çingiz Hüseynzadə yeni vəzifə aldı
Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası keçirilir. Siasport.az saytı xəbər verir ki, assambleya çərçivəsində İHİF-nin 2013-2017-ci illər üçün yeni tərkibi müəyyən edilib. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə yenidən növbəti dörd illiyə İHİF-nın vitse-prezidenti seçilib. Eyni zamanda struktur dəyişikliyinə əsasən, İHİF 1968-ci ildən bəri fəaliyyəti müddətində ilk dəfə İcraiyyə Komitəsinə xanım nümayəndə olaraq MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi və "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva seçilib. Azərbaycan İslam Həmrəylik İdman Federasiyasında iki nümayəndə ilə təmsil olunan yeganə dövlətdi.

Bütün xəbərlər Facebook səhifəmizdə