Elnur Məmmədli dünya çempionatında iştirak etməyəcək?

Elnur Məmmədli dünya çempionatında iştirak etməyəcək?

Pekin Olimpiya Oyunlarının çempionu Elnur Məmmədli (81 kq) bu il avqustun sonunda Rio-de-Janeyroda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Siasport.az saytı xəbər verir ki, Azərbaycan cüdoçusu həmin yarışlara əzmlə hazırlaşsa da, bu yaxınlarda keçirilmiş təlim-məşq toplantılarında ayağı zədələnib. İdmançı yarışlara qədər ayağını bərpa edə bilməyəcək. Bu səbəbdən də mövsümün əsas turnirində iştirak etməyəcək. Xatırladaq ki, Azərbaycan komandası iyulun 24-31-də Soçidə keçiriləcək təlim-məşq toplantılarında iştirak edəcək. Moskvada keçirilən "Böyük dəbilqə" turnirindən sonra Azərbaycan yığması Rusiya paytaxtında qalaraq, məşqlərdə iştirak edib, sonra isə Soçiyə yola düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə