"Neftçi" növbəti mərhələyə keçə bilmədi

"Neftçi" növbəti mərhələyə keçə bilmədi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. SİA-nın məlumatına görə, "Neftçi" klubu cavab oyununa çıxıb.

Matç Azərbaycanın Ağdam rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə bağlı birdəqiqəlik sükutla başlayıb və futbolçularımız oyuna qara sarğı ilə çıxıblar.

İlk oyunda Bakıda 0:0 bərabərə qalan "Neftçi" klubu Albaniyada "Skenderbeu"nun qonağı olub. Son Azərbaycan çempionununu bu görüşdə istənilən qollu heç-heçə və ya minimal hesablı qələbə qane edirdi.

Lakin gərgin mübarizə şəraitində keçən oyunun əsas hissəsində qapılara qol vurulmayıb. Hesab bərabər olduğundan əlavə vaxt ayrılıb. Əlavə vaxtın ikinci hissəsində isə albanlar hesabı açıblar. (1:0)

Bununla da, Albaniyada "Skenderbeu" "Neftçi"yə qalib gəlib.

Qeyd edək ki, əgər "Neftçi""Skenderbeu"a qalib gəlsəydi, III təsnifat mərhələsində "Şaxtyor" (Qazaxıstan) ilə qarşılaşacaqdı.

Bütün xəbərlər Facebook səhifəmizdə