Con Toşak: “Görüş bizim xeyrimizədir”

Con Toşak: “Görüş bizim xeyrimizədir”

İyulun 21-də Xəzər Lənkəranın mərkəzi stadionunda "Xəzər Lənkəran" Türkiyənin məhşur "Fənərbağça" komandası ilə yoldaşlıq görüşü keçirəcək. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, "Xəzər Lənkəran"ın 10 illk yubileyi ilə əlaqədar keçirilən görüşə maraq gözlənildiyindən də böyükdür. Sabahkı oyunla bağlı "Xəzər Lənkəran" komandası bu gün son məşqinə çıxıb.

"Xəzər-Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib ki, Azərbaycan futbol klublarının içində xüsusi yeri və çəkisi olan "Xəzər Lənkəran" sabah tarixi bir gün yaşayacaq. Komanda iyulun 21-də Türkiyənin məhşur "Fənərbağça" klubunu qəbul edəcək. Oyun yoldaşlıq xarakteri daşısa da, həm komandalar, həm də azərkeşlər tərəfindən oyuna maraq böyükdür.

Komandanın baş məşqçisi Con Toşak da oyunla bağlı bunları bildirib: "Hazırlığımız davam edir. Yoldaşlıq görüşü bizim xeyrimizədir. Çünki məşqlərarası hazırlıq çərçivəsində daha bir dostluq görüşü keçirmək çox önəmlidir. Xüsusilə Fənərbaxça kimi səviyyəli komandanın rəqib olması işimizə daha çox yarıyır".

Qeyd edək ki, komanda bu gün mərkəzi stadionunda son məşqini keçirib

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə